“Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq yolunu tutmasa, onun siyasi gələcəyi olmayacaq” - ŞƏRH

CƏMİYYƏT 19.11.2022 1413

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana sülh haqqında çərçivə sazişi imzalamağı təklif edir, ancaq bunun üçün öz əlavələri var. Onun sözlərinə görə, sazişdə “xüsusi detallar” olmamalıdır. Baş nazir həmçinin İrəvan qoşunların çıxarılmasında (o cümlədən Azərbaycanın Qarabağ bölgəsi) və beynəlxalq monitorinq mexanizminin tətbiqində təkid edir.

Oxu.Az bununla bağlı müstəqil rusiyalı politoloq İqor Dmitriyevdən münasibət öyrənib.

Siyasətçi Ermənistan hökumət başçısının bəyanlarını absurd adlandırıb və elə özünün imzaladığı sənədlərlə ziddiyyət təşkil etdiyini vurğulayıb.

“Ermənistan rəhbərliyi görür ki, hətta ABŞ-nin simasında köhnə müttəfiqi də İrəvanın radikal mövqeyindən üz döndərir. Belə ki, Birləşmiş Ştatlar Rusiyanın sanksiyaya məruz qalmış şirkətləri ilə əməkdaşlığa görə erməni müəssisələrinə qarşı sanksiyalar tətbiq edir. Bəli, bu vəziyyətdə Ermənistanın yalnız bir - Qərb (hətta bu da “yarımçıq”) müttəfiqi var – Paris. Fransa Senatı Azərbaycan əleyhinə qətnamə qəbul edib, lakin bu, tövsiyə xarakteri daşıyır. Paris radikal anti-Azərbaycan fəaliyyətləri həyata keçirə bilməyəcək”.

Ekspert o yan-bu yana vurnuxan Paşinyanın artıq anlaqsız vəziyyətdə olduğunu, özünü zəif lider kimi göstərdiyini və mövqeyini sarsıtmaqda davam etdiyini bildirdi.

Politoloqun sözlərinə görə, öz-özü ilə ziddiyyət təşkil edən, dövlət üçün əsas məsələyə yanaşmanı daim dəyişən bir rəhbərə hətta ən sabit ölkə belə tab gətirə bilməz.

“Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq yolunu tutmasa, onun siyasi gələcəyi olmayacaq. Azərbaycanın arxasında isə güc və həqiqət dayanıb”, - deyə İqor Dmitriyev sözlərini yekunlaşdırıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top