Rusiyada partlayış nəticəsində binanın bir hissəsi çökdü: Ölənlər var - ANBAAN VİDEO

DÜNYA 19.11.2022 1294

Rusiyanın Saxalin vilayətində yerli vaxtla səhər saat beş radələrində (Bakı vaxtı ilə saat 06:00) yaşayış binasında məişət qazının sızması nəticəsində partlayış baş verib. Hadisə zamanı binanın bir hissəsində beşinci mərtəbədən birinci mərtəbəyə qədər çökmə baş verib.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Partlayış nəticəsində doqquz nəfər yaralanıb. Bundan başqa dağıntılar altından üç nəfərin cəsədi çıxarılıb.

Dağıntılar altında hələ də insanların qaldığı güman edilir.

Xilasetmə işləri davam edir.

Sosial şəbəkələrdə faciənin baş verdiyi anın görüntüləri paylaşılıb.

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top