Blinkenin baş müşaviri: “Minsk Qrupu artıq işlək deyil, onun mandatına son verilə bilər”

DÜNYA 17.11.2022 1129

ABŞ administrasiyası ATƏT-in Minsk Qrupu mexanizminin artıq işləmədiyini, Vaşinqtonun yalnız Bakı və İrəvanla birbaşa qarşılıqlı əlaqə prosesində Azərbaycan və Ermənistan arasındakı münaqişənin nizamlanması ilə məşğul olduğunu bəyan edib.

Bu fikirləri ABŞ dövlət katibinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker bildirib.

“Düşünürəm ki, ATƏT-in Minsk Qrupu konsensus vasitəsilə onun mandatına son verə biləcəyimiz səviyyəyə qədər gəlib çıxıb. Buna baxmayaraq, mandatın özü kifayət qədər faydalıdır. Lakin həmsədrlərin qarşılıqlı fəaliyyət prosesi artıq işləmir. Biz də münaqişənin sülh yolu ilə nizamlanması üçün tərəflərlə birbaşa işləyirik”, - deyə diplomat ABŞ Senatının Xarici Əlaqələr Komitəsindəki dinləmələrdə çıxış edərkən vurğulayıb.

Mənbə: TASS

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top