Rusiyada mənzildə bir neçə il əvvəl ölmüş qadının mumiyası tapılıb

DÜNYA 16.11.2022 1142

Yekaterinburqda kommunal xidmətlər yaşayış mənzilində bir neçə il əvvəl ölmüş qadının meyitini tapıblar.

Cəsəd qaz avadanlığının yoxlanılması zamanı aşkar olunub.

Mənzilin sahibi bir neçə il əvvəl yoxa çıxıb. Yerli sakinlər kömək üçün rayon polisinə və kommunal xidmətlərə müraciət etsələr də, faydası olmayıb.

Lakin 2022-ci ilin aprelində qaz xidmətinin işçiləri onun mənzili ilə maraqlanıblar. Onlar qapını açmaq üçün icazə almaq məqsədilə məhkəməyə müraciət ediblər.

Nəhayət bir neçə gün öncə kommunal xidmətlərin əməkdaşları mənzilə daxil olub və qadının mumiyalanmış cəsədini görüblər.

Polis qadının yaşlı olduğunu bildirib. Onun meyiti məhkəmə-tibbi ekspertizasına göndərilib.

Mənbə: lenta.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top