Azərbaycan şirkətinin yeni nailiyyəti - VİDEO

İQTİSADİYYAT 15.11.2022 1537

“METAK” şirkəti Avropaya tədarük edilə biləcək yeni metal boru istehsalı xəttini işə salır

Azərbaycanın tikinti materialları bazarında son 25 il ərzində aparıcı rol oynayan “METAK” şirkəti elektrik qaynaqlı boru və profillərin istehsalı üzrə beşinci xətti işə salır.

Bu məqsədlə Sumqayıt sənaye zonası ərazisində şirkətin yeni boru zavodunun tikintisinə başlanılıb. Bu, diametri 159-219 mm və divar qalınlığı 8 mm-ə qədər olan boru və profillərin, həmçinin en kəsiyi 100x100 mm-dən 200x100 mm-ə qədər profillərin istehsalı üzrə ölkədə ilk və yeganə, MDB məkanında isə mövcud olan bir neçə xətdən biridir. Beləliklə, şirkətin müştəriləri artıq böyük diametrli boruları və istənilən uzunluqda profilləri sifariş edə bilərlər.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin inkişafı və iqtisadi artım templəri şirkətin əsaslı şəkildə genişlənməsinə səbəb olub. Yeni istehsal xəttini işə salmaqla “METAK” bu cür məhsulların idxal həcminin azaldılmasına və alıcıların öz sifarişlərini gözləmə müddətinə ciddi təsir göstərə biləcək. Əgər bundan əvvəl elektrik qaynaqlı boruların istehsalı və tədarükü üçün orta hesabla 3 ay vaxt tələb olunurdusa, yerli istehsalat sayəsində bu müddət xeyli qısalacaqdır, yəni hazır xammalla tədarük müddətini 1 həftəyə qədər azaltmaq mümkün olacaq.

Boru və profillərin “METAK”ın yeni zavodunda istehsalı həmçinin Azərbaycandakı alıcılara tədarük olunan məhsulların keyfiyyətinə nəzarət etmək imkanı verəcək.

Bu ilin əvvəlində şirkət Avropa İttifaqının (Aİ) daha bir keyfiyyət şəhadətnaməsinə layiq görülmüşdür ki, bu da ona Azərbaycan məhsullarını Aİ ölkələrinə tədarük etməyə imkan verir.

“METAK” standartlara riayət etməklə yanaşı diametri 15-133 mm arasında dəyişən metal məmulatların, həmçinin divar qalınlığı 6 mm-ə qədər olan en kəsiyi 15x15 mm-dən 100x100 mm-ə qədər kvadrat və profil boruların yüksək keyfiyyəti ilə tanınır.

Zavodun tikintisi başa çatdıqdan və beşinci xətt quraşdırıldıqdan sonra müəssisənin istehsal etdiyi elektrik qaynaqlı boruların ümumi həcmi ildə 120 min ton təşkil edəcək.

Instagram: metak.az

XƏBƏR LENTİ
17.04.2024 3173

DİGƏR XƏBƏRLƏR

Loading
Top