Bayden Ukraynanın razılığı olmadan istənilən sülh danışıqlarını istisna edib

SİYASƏT 15.11.2022 1327

Birləşmiş Ştatlar ölkənin özünün müvafiq qərarı olmadan Ukrayna ilə bağlı Rusiya ilə heç bir sülh danışıqlarına getmək niyyətində deyil.

Bunu ABŞ prezidenti Co Bayden deyib.

“Mən açıq şəkildə bildirdim ki, biz Ukrayna xalqına özünü müdafiə etmək imkanı verməkdə davam edəcəyik - və biz heç bir danışıqlara getmək fikrində deyilik. Ukraynasız Ukraynada heç nə yoxdur, bu qərar (sülh danışıqları ilə bağlı - red.) Ukrayna tərəfindən verilməlidir”, - ABŞ prezidenti bildirib.

Qeyd edək ki, bir müddət öncə mediada Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı gizli danışıqların aparıldığı barədə məlumatlar yayılıb.

Mənbə: rbc.ua

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top