İstanbulda terror hadisəsini törədən qadın saxlanıldı

DÜNYA 14.11.2022 935

Türkiyənin İstanbul şəhərində terror hadisəsini törədən qadın saxlanılıb.

Bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Onun sözlərinə görə, terrorun həyata keçirilməsi ilə bağlı təlimat Kobanidən gəlib.

“Təxminən 6 ildir İstanbulda dünən gecə yaşadığımız kimi təsirli bir hadisə, terror hadisəsi yaşamırdıq. Təkcə bu il 200-ə yaxın terror hadisəsinin qarşısı alınıb.

Bu hadisəni həyata keçirənlərin bizə hansı mesajı vermək istədiklərini bilirik. Bu mesajı aldıq. Heç narahat olmasınlar, əvəzini daha ağır ödəməli olacaqlar. Düşünürəm ki, ABŞ-nin bu gün verdiyi başsağlığı mesajını sanki qatilin hadisə yerinə ilk çatanlardan biri olduğu kimi dəyərləndirmək vacibdir və bu mesajın da cavabı çox açıq şəkildə ortaya çıxacaq”.

Qeyd edək ki, hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Mənbə: TRT Haber

Mövzu ilə əlaqədar

Türkiyədə terror aktında xəsarət alanların son durumu açıqlanıb - YENİLƏNİB + FOTO/VİDEO
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top