Tom Henksin “Terminal” filmindəki qəhərəmanının Paris hava limanında yaşayan iranlı prototipi elə orda da öldü

DÜNYA 13.11.2022 1266

Parisin “Şarl de Qoll” aeroportunda 18 il yaşayan iranlı qaçqın Mehran Kərimi Nasseri hava limanında dünyasını dəyişib.

Mehran Kərimi Nasseri noyabrın 12-də günorta saatlarında Terminal 2F-də ürək tutmasından vəfat edib. Polis və tibb işçilərinin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

1945-ci ildə doğulduğu güman edilən Kərimi Nasseri 1988-2006-cı illərdə “Şarl de Qoll” hava limanının I Terminalında yaşayıb. Aeroport sözçüsünün sözlərinə görə, o, son həftələrdə yenidən hava limanında yaşayırmış.

Onun hekayəsi amerikalı kinorejissor Stiven Spilberqi baş rolu Tom Henksin canlandırdığı “Terminal” filmini yaratmağa ruhlandırıb.

 

Mənbə: TASS

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top