İlham Əliyev Özbəkistanda Rəcəb Tayyib Ərdoğanla görüşüb - YENİLƏNİB + FOTO/VİDEO

GÜNDƏM 11.11.2022 2053

Noyabrın 10-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında müttəfiqlik münasibətlərinə əsaslanan dostluq və qardaşlıq əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, bölgədə vəziyyət və təhlükəsizlik məsələləri müzakirə edildi, Soçi görüşünün nəticələri barədə fikir mübadiləsi aparıldı.

 

22:38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, görüş Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə toplantısının keçirildiyi Səmərqənd şəhərində baş tutub.

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top