“Meta” 11 min işçisini ixtisar edəcək

DÜNYA 10.11.2022 1279

“Meta” işçilərinin təxminən 13%-ni, yəni 11 mindən çox insanı işdən çıxaracaq.

Bu barədə korporasiyanın rəhbəri Mark Zukerberqin çərşənbə günü şirkətin saytında dərc olunmuş məktubunda deyilir.

“Mən komandamızın sayını təxminən 13% azaltmaq və 11 mində çox istedadlı işçimizi ixtisar etmək qərarına gəlmişəm”, - deyə o, bildirib.

Məktubda M. Zukerberq bu qərara görə məsuliyyət daşıdığını vurğulayıb. O, qərarın səbəblərindən biri kimi COVID-19 pandemiyası zamanı yanlış investisiyaları qeyd edib.

Şirkət həmçinin yeni işçilərin qəbuluna qoyulan qadağanı 2023-cü ilin birinci rübünə qədər uzadıb.

Mənbə: TASS

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top