Ucarda avtomobil velosipedçini vuraraq öldürüb – FOTO

HADİSƏ 10.11.2022 1246

Ucarda velosipedçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qaradağlı kəndindən keçən hissəsində qeydə alınıb.

“Ford” markalı avtomobil yolu keçən velosipedçi, rayonunun Qaradağlı kənd sakini, 1966-cı il təvəllüdlü Əbülfət Sabir oğlu Həsənovu vurub.

Ağır xəsarət alan Əbülfət Həsənov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

 




XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top