Bakıda 9-cu mərtəbədən yıxılan gəncin son durumu AÇIQLANDI

Sadə xəbər
HADİSƏ 31.10.2022 1032

Bakıda 9-cu mərtəbədən yıxılan gənc oğlanın son durumu açıqlanıb.

Saat24.Az-a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə oktyabrın 30-u saat 17 radələrində Nəsimi rayonu, A.Mustafayev küçəsində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü M.Fərəcov yaşadığı 10 nömrəli binanın 9-cu mərtəbəsində olan mənzilin yataq otağının pəncərəsindən yerə yıxılıb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, 1 nömrəli Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

İlkin müayinə nəticəsində M.Fərəcovda bud çanağının sınığı, kəllə-beyin travması, sağ qabırğanın sınığı, ağciyər zədələnməsi aşkar edilib.

M.Fərəcov komadadır, danışa bilmir.

Hazırda faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

XƏBƏR LENTİ
17.05.2025 2359
17.05.2025 3217

DİGƏR XƏBƏRLƏR

Loading
Top