Ağdaş Regional Mədəniyyət İdarəsinin nümayəndələri Urfan Əhmədov və Vəfa Bayramova 44 günlük Vətən müharibəsində şəhid olmuş oğullarımızın məzarlarını ziyarət edib-Foto

CƏMİYYƏT 01.10.2022 1425

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Zərdab rayon Komitəsi hər zaman ərazi bütövlüyümüz uğrunda öz canlarından keçmiş Şəhidlərimizin ailələrinə, qazilərə və müharibə iştirakçılarına həssaslıqla yanaşır, onların qayğıları ilə maraqlanır və onlara xüsusi diqqət göstərir.
Saat24.Az-ın məlumatına görə,27-28 sentyabr 2022- ci il tarixdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Zərdab rayon komitəsinin təşəbbüsü və maddi dəstəyi ilə MİHİ Zərdab rayon komitəsinin sədri Vəfa Bayramova və Ağdaş Regional Mədəniyyət İdarəsinin Zərdab rayonu üzrə nümayəndəsi Urfan Əhmədov ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş, 44 günlük Vətən müharibəsində şəhid olmuş oğullarımızın məzarlarını ziyarət edib və Şəhidlərimizin yaxınlarına diqqət, mənəvi dayaq və qayğı göstərmək məqsədilə Zərdab rayonundan şəhid olmuş oğullarımızın ailələrinə baş çəkiblər. Görüşdə, Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimiz anılıb, onların əziz xatirəsi ehtiramla yad edilib.





 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top