Şəkidə mikroavtobusla yük maşını toqquşdu: Xəsarət alanlar var - FOTO

HADİSƏ 01.10.2022 1407

Şəkidə mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Saat24.Az-ın  məlumatına görə, qəza bu gün axşam saatlarında şəhərin Salman Mümtaz küçəsində baş verib.

Balakəndən Bakı istiqamətində hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobus ilə “UAZ” markalı yük avtomobili toqquşub.

Nəticədə “UAZ”ın sürücüsü, Şəki sakini 64 yaşlı Səyyar Səlimov və mikroavtobusun sərnişinlərindən biri 27 yaşlı Balakən sakini Ulduz Nəsibova müxtəlif dərəcəli bədənxəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 




XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top