Toyuq ətinin qiyməti dəyişməyib, bəs dönər niyə bahalaşıb? - AÇIQLAMA + VİDEO

GÜNDƏM 01.10.2022 1141

Çox sevilən, həm də çox yeyilən dönərin qiyməti bahalaşıb.

Belə ki, qiymətdə olan dəyişiklik son bir neçə gündür ki, hiss olunur.

“Xəzər Xəbər”in məlumatına görə, paytaxtın mərkəzi olmayan məkanlarında belə qiymət fərqi hiss olunacaq dərəcədədir.

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli məsələyə mənasıbət bildirib.

“Sadəcə, orta və ali məktəblərin açılması ilə dönərə tələbat artıb. İşbazlar da bundan istifadə edərək, toyuq əti dönərlərinin qiymətini artırıblar. Yəni, yerli məhsullarda qiymət artımı yoxdur. Biz gündəlik buna nəzarət edirik”, - deyə sədr qeyd edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top