Polşa hakimiyyəti vətəndaşlarına səsləndi: “Radiasiyaya qarşı həblərinin kütləvi qəbulundan çəkinin”

DÜNYA 01.10.2022 1049

Polşa hakimiyyət vətəndaşlarına xəbərdarlıq edib.

Bu barədə Polşanın Atom Enerjisi üzrə Dövlət Agentliyinin rəhbəri Lukaş Mlınarkeviç açıqlama yayıb.

O, vətəndaşlara Ukraynada baş verənlərin fonunda radiasiya təhlükəsi ilə əlaqədar kalium yodid həblərinin kütləvi qəbulundan çəkinməyi tövsiyə edib.

Polşa hökuməti vətəndaşlarını əmin edir ki, hazırda ölkə ərazisində radiasiya təhlükəsi yoxdur.

“Zaporojye atom elektrik stansiyasına hücumlar Polşa xalqına birbaşa təhlükə yaratmır. Polşa xalqının həyatı və sağlamlığı təhlükədə deyil” – deyə Lukaş Mlınarkeviç vurğulayıb.

Mənbə: TASS

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top