Hücum helikopterləri Zahedan üzərində uçaraq Bəluç nümayişçilərinə atəş açdı - YENİLƏNİB + VİDEO

DÜNYA 01.10.2022 802

İran ordusunun hücum helikopterləri Zahedan üzərində uçaraq Bəluç nümayişçilərinə atəş açdı.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

 

Bildirilib ki, Sistan və Bəluçistan əyalətində bugünkü etirazlar zamanı onlarla insan öldürülüb və yaralanıb.

20:26

Zahedanda polislər şəhərə nəzarəti itirib.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Qeyd edilib ki, bu gün Sistan və Bəluçestan əyalətinin Zahedan şəhərində polis maşını etirazçı və qəzəbli sakinlər tərəfindən yandırılıb.


19:45

Zahedan şəhərinin mərkəzində yerləşən “Məkki məscidi”ndə cümə namazından qayıdan möminlər 14-cü polis bölməsinin əməkdaşları tərəfindən güllələnib.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Onlarla gəncin həlak olduğu və yaralandığı bildirilib.


XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top