Müğənni Rəhim Rəhimli ilə vida mərasimi başlayıb - YENİLƏNİB + CANLI YAYIM

GÜNDƏM 30.09.2022 747

Müğənni, bəstəkar Rəhim Rəhimli ilə vida mərasimi başlayıb.

Saat24.Az xəbər verir ki, mərasim R.Rəhimlinin Mərdanov qardaşları küçəsində qaldığı evdə keçirilir.

Yas məclisində mərhumun ailə üzvləri, yaxınları və sənət adamları iştirak edirlər.

Qeyd edək ki, prodüser Təranə Səmədova, rəqqasə Zara, müğənnilər Elvin Babazadə, “Qurd” ləqəbi ilə tanınan reper Fərid Eminov, Nihat Məlik, Şöhrət Məmmədov və müğənni-bəstəkar Murad Arif mərhumla vidalaşıblar.

Daha çox şəkil burada: Photostock.az

08:31

Müğənni Rəhim Rəhimlinin ölüm səbəbi açıqlanıb.

Bu barədə “Qafqazinfo”ya ifaçının prodüseri Həmzə Məmmədli açıqlama verib.

Onun sözlərinə görə, sənətçinin son zamanlar ürəyində problemlər olub. Bu səbəbdən Rəhim Rəhimli gecə saatlarında evində ürəktutmadan dünyasını dəyişib.

Prodüseri R.Rəhimlinin dəfn olunacağı yeri də açıqlayıb. O bildirib ki, mərhum sənətçi bu gün saat 12-də Bülbülə qəbiristanlığında torpağa tapşırılacaq.

06:25

Tanınmış müğənni, bəstəkar Rəhim Rəhimli vəfat edib.

Saat24.Az-ın xəbərinə görə, bu barədə Xalq artisti Faiq Ağayev “Instagram” hesabında paylaşım edib.

F.Ağayev R.Rəhimlinin ölüm səbəbini açıqlamayıb.

Qeyd edək ki, R.Rəhimli bir sıra klipləri, mahnıları ilə tanınıb. 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi “MTV Azərbaycan” telekanalının direktoru işləyib.

O, eyni zamanda bəstəkarlıq fəaliyyəti ilə məşğul olub. İlkin məlumata görə, 43 yaşlı musiqiçi ürəktutmadan vəfat edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top