Üç ildir marşrutsuz qalan sakinlərin problemi həll yolunu tapmır - VİDEO

CƏMİYYƏT 30.09.2022 1101

Sumqayıtdan Ceyranbatana işləyən 11A marşrut xətti üç ildir ki fəaliyyət göstərmir.

Avtobusun olmaması sakinləri çətin vəziyyətlə üzləşdirib.

Sakinlərin sözlərinə görə, məcburən taksidən istifadə etmələri onlara maddi çətinlik yaradır:

“Gündə 10-15 manat taksiyə pul verirəm”, - sakinlərdən biri bildirib. 

Avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarəsinin rəis müavini Tofiq Saydumov sakinləri narahat edən məsələ ilə bağlı bildirib ki, sözügedən ərazidə interval az olduğuna görə həmin ərazidən avtobusların işləməsi məqsədəuyğun deyil.

Daha ətraflı Baku TV-nin süjetində:

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top