Bosforda gəmilərin hərəkəti bərpa edildi – YENİLƏNİB + VİDEO

DÜNYA 29.09.2022 925

Rusiyaya üz tutan Panama bayrağı altında üzən “Viva Eclipse” adlı boş yük gəmisilə bağlı qəzadan sonra Bosfor boğazında gəmilərin hərəkəti bərpa edilib.

Bu barədə İstanbul sahil mühafizəsindən məlumat verilib. Qeyd edək ki, mühərrikində problem yaranan nəqliyyat vasitəsi yedək gəmilərilə kənara çəkilib.

20:56

Bosfor boğazından keçən quru yük gəmisində mühərrik nasazlığı yaranıb.

Bu səbəbdən də boğazda gəmilərin hərəkəti dayandırılıb.

Məlumata görə, 190 metrlik quru yük gəmisi Panama bayrağı altında üzür və Rusiyaya doğru hərəkət edirdi.

İstanbulun Asiya sahillərində yük gəmisinin mühərriki sıradan çıxıb və o boğazda qalıb. Hadisə yerinə yedək gəmiləri göndərilib.

Gəminin boş olduğu bildirilir.

Mənbə: Haber Global

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top