2026-cı ilə qədər azad olunmuş ərazilərə təxminən 66 min sakinin köçürülməsi planlaşdırılır

CƏMİYYƏT 28.09.2022 1457

“2022-2026-cı illəri əhatə edən ilkin mərhələdə azad olunmuş ərazilərə təxminən 66 000 sakinin köçürülməsi planlaşdırılır”.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmuş ərazilərindəki Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov deyib.

O əlavə edib ki, 2020-ci ilin noyabrından bu günə qədər 530 milyon kvadratmetr ərazi minadan təmizlənib.

“Həmin ərazilərdən 66 000-dən çox mina və partlamamış sursat aşkar edilib. BMT-nin müstəqil ekspertləri proqnozlaşdırıblar ki, işğaldan azad olunmuş ərazilərdə 1 milyona yaxın mina və partlamamış sursat var və onların tamamilə təmizlənməsi üçün 25 il vaxt və 50 milyard dollar vəsait lazım olacaq”, - deyə o qeyd edib.

XƏBƏR LENTİ
17.04.2024 3177

DİGƏR XƏBƏRLƏR

Loading
Top