Ağdaş Regional Mədəniyyət İdarəsinin Şura iclası keçirilib-Foto

CƏMİYYƏT 28.09.2022 1593
Saat24.Az xəbər verir ki,8 sentyabr 2022-ci il tarixində Ağdaş Rayon Heydər Əliyev Mərkəzində Ağdaş Regional Mədəniyyət İdarəsinin Şura iclası keçirilib. 
İclasda Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov çıxış edərək Azərbaycan Respublikasının mədəniyyət naziri cənab Anar Kərimovun Ağdaş və Göyçay rayonlarına səfəri, səfər çərçivəsində mədəniyyət müəssisələrinin ziyarət olunması və mədəniyyət işçiləri ilə görüşdə səslənən fikirlər barəsində ətraflı məlumat verib.
Daha sonra idarə rəisi cari il ərzində Regional İdarə tərəfindən görülmüş işlərdən və nəzərdə tutulmuş lahiyələrdən danışıb.
O, çıxışında yaradıcı düşüncəyə malik olan gənclərin irəli çəkilməsi, kreativ  layihələrin hazırlanması, optimallaşma ilə əlaqədar görüləcək tədbirlər, keçirilən tədbirlərin KİV-də işıqlandırılması ilə bağlı fikir və iradlarını bildirib, tapşırıqlarını verib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top