ASAP tərəfindən 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilib - FOTO

CƏMİYYƏT 28.09.2022 1768

Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) 27 Sentyabr - Anım Günü ilə əlaqədar Polşa, Belçika və Macarıstanda silsilə tədbirlər keçirib.

Tədbirlərdə 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalq-ordu birliyinin möhtəşəm qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığından, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərin qəhrəmanlıqlarından bəhs edərək, 30 ildən bəri işğal altında olan şəhər və kəndlərimizin azad olunmasının, ölkəmizin ərazi bütövlüyünün bərpa ediməsinin, məcburi köçkünlərin köçkünlük həyatının sona çatması və doğma yurdlarına qayıtmaq imkanlarının yaradılmasının müasir tariximizin ən möhtəşəm hadisəsi olduğu vurğulanıb.

Polşanın Varşava şəhərində  ASAP və Polşa Azərbaycanlıları Şurası ilə birgə təşkil olunan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanlı tələbələr Varşavada yerləşən Azərbaycan evinin qarşısında toplaşaraq Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsinə ehsan paylayıblar. Bundan əlavə, şəhidlərimizin şəkillərindən ibarət foto-sərgi təşkil olunaraq, yaxınlaşan yerli vətəndaşlara müharibənin həqiqətləri ilə bağlı məlumat verilib.

ASAP Belçika Nümayəndəliyinin əməkdaşları Belçikada təhsil alan azərbaycanlı tələbələrlə birgə Azərbaycanın Belçikada olan səfirliyinin önündə bir araya gələrək, anım mərasimi keçiriblər. Anım mərasimində Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. 

Macarıstanda təhsil alan azərbaycanlı gənclər isə ölkəmizin Macarıstanda olan səfirliyinin qarşısında  Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla anıblar. Səfirliyin daxilində şəhidlərimizin şəkillərindən ibarət foto-sərgi təşkil olunaraq tədbir iştirakçılarına Vətən müharibəsi ilə bağlı məlumat  verilib.

 




 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top