Bakı Apellyasiya Məhkəməsi mötəbər beynəlxalq təşkilatın tədbirində təmsil olundu - FOTO

GÜNDƏM 28.09.2022 856

Cari ilin sentyabr ayının 21-22 tarixlərində Latviya Hökumətinin ev sahibliyi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Ədalət Mühakiməsinə Əlçatımlıq 2022” adlı dəyirmi masası Riqa şəhərində keçirilib.

Tədbirin birinci “İnsanyönümlü ədliyyə vasitəsilə demokratiyanın və qanunun aliliyinin gücləndirilməsi” mövzusuna həsr olunmuş açılış hissəsi Latviya Respublikasının Baş nazirinin müavini, ədliyyə naziri Yanis Bordansın və OECD-nin Dövlət İdarəçiliyi Direktorluğun rəhbəri Elza Piliçivskinin sədrliyi ilə və müxtəlif ölkələrdən olan ədliyyə sahəsində yüksək səviyyəli qonaqların bəyanatları ilə başladı. Həmin hissədə ABŞ, Kanada, Yaponiya, Tayland, Portuqaliya, Almaniya, Finlandiya, Niderland, Sloveniya, Estoniya, Özbəkistan, İspaniya, Rumıniya, Fransanın və digər ölkələrin ədliyyə nazirləri, ədliyyə nazirlərinin müavinləri və Baş prokurorları, habelə beynəlxalq təşkilatların rəhbərləri çıxış ediblər.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Ramin Qaraqurbanlı Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti qismində həmin hissədə Avropa Şurası adından bəyanatla çıxış edərək 46 üzv dövlətdə ədliyyənin səmərəliliyi, keyfiyyəti, əlçatımlılığı sahəsində mövcud olan vəziyyətlə bağlı fikirlər söylədi, görüləcək tədbirlər barədə məlumat verib.

Məlumat üçün bildirək ki, BMT-nin müşahidəçisi olan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) demokratiya və bazar münasibətli iqtisadiyyat prinsipini qəbul edən və çox yüksək İnsan İnkişafı İndeksinə sahib olan və inkişaf etmiş ölkələri birləşdirən beynəlxalq təşkilatdır.

İƏİT 1948-ci ildə iqtisadi inkişafı və dünya ticarətini təşviq etmək üçün qurulmuş və bu platformaya daxil olan ölkələr siyasi təcrübələrini qarşılaşdırır, təşkilata üzv olan digər ölkələrin daxili və beynəlxalq siyasətinin doğru və koordinasiyalı bir şəkildə tətbiq edilməsinə şərait yaradır.

 




XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top