Ağdaşda metamfetamin satışı ilə məşğul olan keçmiş məhkum tutulub - FOTO

GÜNDƏM 28.09.2022 972

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışı, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan üç nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində rayon ərazisində psixotrop maddələrin satışında şübhəli bilinən, əvvəllər də ümumilikdə 10 ildən artıq məhkumluq həyatı yaşayan Azad Yusifov saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan  310 qram metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində həmin psixotrop maddəni təxminən bir həftə öncə əcnəbi ölkə vətəndaşından 500 manata aldığını etiraf edib.

Şöbənin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri digər əməliyyatlar zamanı isə daha iki nəfər - Kənan Allahverdiyev və Manaf Həbişov - tutulub. Şəxsi axtarış zamanı K.Allahverdiyevdən marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun Malay kəndindəki çöllük ərazidə aqrotexniki qulluq göstərməklə yetişdirdiyi, ümumi çəkisi iki kiloqramdan artıq olan çətənə bitkiləri də kökündən çıxarılaraq maddi sübut kimi istintaqa təqdim olunub. Üzərində narkotik vasitə daşımaqda şübhəli bilindiyi üçün saxlanılan M.Həbişovdan isə qurudulmuş marixuana götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

 




XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top