Polis əməkdaşları şəhid baş çavuş Seymur Həsənlinin ailəsini ziyarət ediblər - FOTO

CƏMİYYƏT 28.09.2022 1174

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidi DİN Daxili Qoşunların hərbi qulluqçusu, baş çavuş Seymur Həsənlinin ailəsini ziyarət ediblər.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları şəhidin ailə üzvləri ilə həmsöhbət olublar, onların qayğıları ilə maraqlanıblar. Ziyarət zamanı Vətən müharibəsində qazanılan tarixi qələbədən, şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan bəhs olunub.

Qeyd edək ki, Seymur Həsənli müvafiq sərənncamlarla ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 


XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top