Rusiya “referendumlar”ın yekun nəticələrini açıqladı – YENİLƏNİB

DÜNYA 28.09.2022 1162

Donetsk və Luqansk, eləcə də Zaporojye və Xerson vilayətində keçirilən referendumlarda səslərin 100%-i hesablanıb və yekun nəticələr məlum olub.

Bu barədə sentyabrın 27-də rayon seçki komissiyaları məlumat yayıb.

Donetskdə seçicilərin 98,69%-i, Luqanskda 97,93%-i, Zaporojye vilayətində əhalinin 97,81%, Xerson vilayətində isə 96,75%-i Rusiyaya birləşməyə səs verib.

Mənbə: rossaprimavera.ru

19:23

Ukraynanın Donetsk, Luqansk, eləcə də Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşmək üçün keçirilən “referendumlar”da səsvermə başa çatır.

İlkin nəticələr qaçqınların və diplomatik korpusun səs verə biləcəyi Rusiya Federasiyası ərazisindəki seçki məntəqələrindən gəlir.

Donetskdə bülletenlərin 22,48%-dən çoxunun işlənməsindən sonra 98,35%, Luqanskada səslərin 51,76%-nin sayılmasından sonra 97,93%, Zaporojyedə protokolların 60%-nin işlənməsindən sonra 97,75%, Xersonda isə səslərin 61%-nin sayılmasından sonra seçicilərin 96,44% faizi bu ərazilərin Rusiyaya birləşdirilməsinə tərəfdar olduqları bildiriliblər.

Mənbə: TASS

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top