Ukraynada həbsdə saxlanılan azərbaycanlı qazinin vəkili DANIŞDI

GÜNDƏM 28.09.2022 1105

“Həbs qətimkan tədbirinin uzadılmasına verilən şikayət qismən təmin olunub. Misir Qasımlı və Sübhan Quliyevin həbisnin qanunsuz olduğu aşkarlanıb”.

Ukraynada həbsdə saxlanılan azərbaycanlı qazi, Vətən müharibəsinin iştirakçısı, Misir Qasımlının vəkili Aygül Rəfiyeva Oxu.Az açıqlamasında deyib.

Onun sözlərinə görə, hakimin qanun pozuntusuna yol verdiyi bildirilib:

“Həbs qətimkan tədbirinin uzadılması məsələsinə baxılıb. Apelyasiya məhkəməsinə baxış olub. Həmin hakim məsələni uzatdı. Qanuni çərçivələrdən kənara çıxdı. O məzuniyyətə çıxdığı üçün başqa hakim gəlib. Yeni hakim qanun pozuntularının olduğunu söyləyib”.

A.Rəfiyeva qeyd edib ki, ətimkan tədbirinin uzadılması 2-3 ay qüvvədə qaldığı üçün Sübhan və Misir hələ də həbsdədir:

“Qərar qəbul edib, şikayətimizi qismən təmin etdi ki, həqiqətən də Misir və Sübhan həbsdə qalması qanunsuzdur. Hakim qanun pozuntularına yol verib. Məhkəmədə nə tərcüməçi, nə də vəkil iştirak edib. Qanunsuz hesab ediliblər.

Uzadılma 2-3 ay qüvvədə qaldığı üçün həbsdən azad olunma digər məhkəmələrdə olacaq. Oktyabrın 3-də məhkəmə keçiriləcək. Bununla bağlı ayrıca müraciət olunub. Yəqin ki, nəticəsi olacaq”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top