Ağdaş rayon Tarix-Diyarşünaslıq Muzeyinin bir neçə əməkdaşı Anım Günü münasibətilə Şəhid Mustafayev Siyasət Akif oğlunun qəbrini ziyarət ediblər-Foto

CƏMİYYƏT 27.09.2022 1769
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamına əsasən 27 sentyabr Azərbaycanda Anım Günüdür. Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki vətəndaşlarımız, bütövlükdə xalqımız bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbə endirib. Azərbaycan ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızın qələbə əzmini sarsıda bilməyib.
Biz qurtuluş savaşında minlərlə şəhid vermişik. Həmvətənlərimiz arasında itkin düşənlər, yaralanaraq sağlamlığını ıitirənlər var. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin canı-qanı bahasına azad edilib. Müzəffər ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir
Saat24.Az xəbər verir ki,Ağdaş rayon Tarix-Diyarşünaslıq Muzeyinin bir neçə əməkdaşı Anım Günü münasibətilə Ağdaşın Vətən Müharibəsində ilk Şəhidi Mustafayev Siyasət Akif oğlunun qəbrini ziyarət etmiş, şəhidin ailə üzvləri ilə görüşmüşlər. Şəhidin anası oğlunun qısa, lakin şərəfli ömür yolu barədə danışmış, onları ziyarət edən hər kəsə təşəkkürünü bildirmişdir.




XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top