Ağdaş rayon Mərkəzi kitabxananın oxu zalında 27 sentyabr Anım günü ilə əlaqədar “44 günə yazılan tarix” adlı tədbir keçirilib-Foto

CƏMİYYƏT 27.09.2022 1700

Saat24.Az xəbər verir ki,27 sentyabr 2022-ci il tarixində Ağdaş rayon Mərkəzi kitabxananın oxu zalında Ağdaş Mərkəzi kitabxana və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağdaş bölməsinin birgə təşkilatçılığı ilə 27 sentyabr Anım günü ilə əlaqədar “44 günə yazılan tarix” adlı tədbir keçirilib. Tədbir torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Ağdaş rayon MKS-nin direktor vəzifəsini müvəqqəti icra edən Sevgili İbrahimova tədbiri giriş sözü ilə açaraq qeyd etdi ki, Qarabağı, işğalda olan torpaqlarımızı geri qaytarmaq üçün Vətən müharibəsinə başladığımız 27 sentyabr tarixindən, xalqımızın Vətən həsrətinə son qoyaraq, qalib ölkənin vətəndaşı olmaq sevincini bizlərə yaşadan o tarixi gündən artıq 2 il ötüb. Müzəffər Ordumuz böyük qəhrəmanlıq göstərərək 44 günlük Vətən Müharibəsində mənfur düşmənimizi ağır məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.
MKS-nin əməkdaşı Vüsalə Məmmədova 27 sentyabr Anım günü ilə əlaqədar geniş məruzə ilə çixiş edərək milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, güclü ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və gərgin siyasi-diplomatik fəaliyyəti, xalqımızın həmrəyliyi nəticəsində qazanıldığını vurğuladı. Bu gün rayonumuzda yaşayan şəhid ailələrinin, qazilərimizin, eləcə də müharibə iştirakçılarının hər birinin qayğıları bizim qayğılarımızdır. Dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağdaş Bölməsinin sədri Asif Ədilov və Aşağı Nemətabad kənd məscidinin dini icma sədri Məhəmməd Abdurahmanov çıxışlarında vurğuladılar ki, 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, xalq şəhid verirsə, deməli, o xalq böyük xalqdır.
MKS-nin Metodika və Biblioqrafiya şöbəsinin əməkdaşları Xuraman Səmədova və Könül Musayeva çıxışlarında qeyd etdilər ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı.
Tarixi qələbəmizə həsr olunmuş video-çarxlarla tədbir davam edib.
Sonda “27 sentyabr Anım günüdür” adlı sərgiyə baxış keçirilib.





 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top