Bakıda yeniyetmə qonşusunun eyvanına yıxılıb - VİDEO

HADİSƏ 26.09.2022 1014

Bakının Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında 13 yaşlı yeniyetmə üçüncü mərtəbədən yıxılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2009-cu il təvəllüdlü vətəndaş ehtiyatsızlıqdan beşmərtəbəli binanın 3-cü mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılaraq birinci mərtəbənin eyvanının artırma hissəsinin beton örtüyünün üzərinə düşərək köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xilasetmə vasitələrindən istifadə etməklə vətəndaşı aşağı düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top