Smartfonların Rusiyaya ixracı qadağan oluna bilər

DÜNYA 26.09.2022 1111

Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinə onlarla yüksək texnologiyalı məhsulun ixracına qadağalar daxil ola bilər.

Xüsusilə, söhbət smartfonlar, radar və lazer avadanlıqlarından gedir.

Həmçinin, təşəbbüs müəllifləri Aİ şirkətlərinə rusiyalı müştərilərinə İT xidmətləri göstərməyi qadağan etmək və Aİ-də “Kaspersky Lab” məhsullarından istifadəni dayandırmaq istəyirlər.

Qeyd edək ki, Avropa Komissiyasının nümayəndələri ilə Aİ ölkələri rəsmiləri arasında Rusiyaya qarşı növbəti sanksiyalar paketinin müzakirələri artıq başlayıb.

Mənbə: İnterfaks

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top