Serbiya Rusiyanın “referendumlar”ını tanımayacaq

SİYASƏT 26.09.2022 912

Serbiya Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərində keçirdiyi “referendumlar”ı tanımayacaq.

Bu barədə Serbiyanın xarici işlər naziri Nikola Selakoviç bildirib.

Medianın “referendumlar”la bağlı sualına Selakoviç cavab verib ki, Serbiya beynəlxalq hüququn prinsiplərini və öz maraqlarını nəzərə alaraq, onların nəticələrini tanıya bilməz.

“Birincisi, biz beynəlxalq hüququn prinsiplərinə və BMT Nizamnaməsinə əsaslı şəkildə riayət edirik. İkincisi, bu, bizim dövlət və milli maraqlarımıza, ərazi bütövlüyümüzün, suverenliyimizin və sərhədlərin toxunulmazlığı prinsiplərimizin qorunması siyasətimizə tamamilə zidd olardı”, - Selakoviç izah edib.

Mənbə: unian.net

XƏBƏR LENTİ
17.04.2024 3201

DİGƏR XƏBƏRLƏR

Loading
Top