Rusiyada hərbi xidmətdə olmayan 51 yaşlı kişi orduya çağırıldı - FOTO

DÜNYA 25.09.2022 1400

Volqoqrad vilayətində heç vaxt hərbi xidmətdə olmayan 51 yaşlı Vladimir Çeryaçukin səfərbərliyə cəlb olunub.

 

O, yalnız 30 il əvvəl təhsil aldığı universitetin hərbi kafedrasında dərs keçib. Kişinin bir qulağı kardır, eynəksiz görə bilmir və çoxsaylı onurğa diski yırtıqları var.

Vladimirin sözlərinə görə, o, bütün bunları şəhərin hərbi komissarlığında bildirsə də, yerli əməkdaşdan “ölümcül heç nə yoxdur, təlimə gedə bilərsən” cavabını alıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi qərarına görə, çağırış kiçik zabitlər arasında 50 yaşadək olan şəxslərə şamil olunur.

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top