Finlandiya sərhədi rusiyalılar üçün bağlanır

DÜNYA 25.09.2022 1359

Finlandiya rusiyalı səyahətçilərin ölkəyə girişini bağlamaq barədə fundamental qərar qəbul edib.

Xəbəri açıqlayan Finlandiyanın xarici işlər naziri Pekka Haavisto rusiyalılara münasibətdə yeni siyasətin xüsusilə sərt olacağını qeyd edib.

 

Məlumata görə, bir neçə gündən sonra (dəqiq tarix göstərilməyib) ölkəyə turist vizası ilə daxil olmaq mümkün olmayacaq. Qərar Finlandiya və Şengen Sazişinin bir hissəsi olan hər hansı digər ölkə tərəfindən verilən vizalara şamil ediləcək.

Giriş icazəsi yalnız qohumlarına, ailə üzvlərinə, iş və ya təhsil məqsədi ilə ölkəyə baş çəkmək istəyənlərə veriləcək.

Eyni zamanda, Finlandiyada daşınmaz əmlakın olması artıq viza almaq üçün əsas sayılmayacaq.

Mənbə: kp.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top