Hirkan Milli Parkının direktorunun saxlanılması ilə bağlı ETSN-dən açıqlama - YENİLƏNİB + FOTO

GÜNDƏM 25.09.2022 1552

Hirkan Milli Parkının direktorunun saxlanılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) açıqlama verilib.

Nazirliyin mətbuat katibi İradə İbrahimova Oxu.Az-a bildirib ki, ağacların kəsilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılır:

 

“Şübhəli şəxslər dindirilir. Parkın direktoru haqda yayılan məlumat həqiqəti əks etdirmir”.

19:55

Hirkan Milli Parkının direktoru Aqil Sucayev saxlanılıb.

Saat24.Az-ın əldə etdiyi xəbərə görə, parkın direktoru və digər bir neçə əməkdaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Onların hansı səbəbdən saxlanıldıqları barədə rəsmi məlumat verilməyib.

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top