Mərkəzi Aran Regional Təhsil İdarəsi ötən gün yayılanlarla bağlı açıqlama yaydı

CƏMİYYƏT 21.09.2022 1780
Saat24.Az xəbər verir ki,Ötən günlərdə sosial media səhifələri və xəbər saytlarında Mingəçevir şəhəri 15 nömrəli körpələr evi-uşaq bağçasında uşağa qarşı şiddətin göstərilməsini əks etdirən görüntü yayımlanıb.
Qeyd olunan məsələ həm Mərkəzi Aran Regional Təhsil İdarəsi, həm də hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb. Araşdırma zamanı uşağın heç bir şiddətə məruz qalmadığı, qolunda yaranmış ləkələrin uşaqlar arasında oyun oynayarkən oyuncaq üstündə baş verən mübahisə zəminində olduğu müəyyən olunub.
Qeyd edirik ki, Mərkəzi Aran Regional Təhsil İdarəsi uşaqlara zorakılıq hallarının baş verməsini pisləyir və bunun yolverilməz olduğunu vurğulayır.

 

 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top