Yelena Zelenskaya Quterreşlə görüşüb

DÜNYA 21.09.2022 1190

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş katib Antonio Quterreşin sentyabrın 20-də Ukraynanın baş naziri Denis Şmıqal və Prezident Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya ilə görüşdüyünü təsdiqləyib.

Bu barədə təşkilatın rəsmi saytında qeyd edilir.

Görüş zamanı BMT-nin baş katibi və Ukraynanın baş naziri ölkədəki vəziyyəti, o cümlədən münaqişənin humanitar böhrana, insan hüquqlarına və nüvə təhlükəsizliyinə təsirini müzakirə ediblər.

Eyni zamanda, Zelenskinin həyat yoldaşı Ukraynanın müharibədən zərər çəkmiş qadın və uşaqlarının qorunmasının vacibliyini bəyan edib.

“Baş katib BMT-nin Ukraynaya davamlı humanitar yardım göstərməsi üçün tam dəstəyini bir daha qeyd edib”, - deyə BMT-nin bəyanatında vurğulanır.

Quterreş Ukraynaya Qara dəniz taxıl sazişinin həyata keçirilməsini asanlaşdırdığına görə təşəkkür edib və BMT-nin dünyada ərzaq böhranının qarşısını almaq üçün səy göstərməyə hazır olduğunu açıqlayıb.

XƏBƏR LENTİ
20.04.2024 2016

DİGƏR XƏBƏRLƏR

Loading
Top