Nazir: “Bu gün qarşımızda dayanan ən önəmli məsələ mədəniyyətimizin dirçəldilməsidir” - FOTO

GÜNDƏM 20.09.2022 1071

“Bu gün qarşımızda dayanan ən önəmli məsələ mədəniyyətimizin dirçəldilməsidir”. 

Saat24.Az xəbər verir ki, bu sözləri “Şuşa İli” çərçivəsində #think4culture çağırışı ilə “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfrans zamanı mədəniyyət naziri Anar Kərimov deyib. 

Onun sözlərinə görə, ənənələrimizin bərpasında daha çox yaradıcılığın və mədəni dirçəlmənin iqtisadi tərəflərini də düşünməliyik. 

“Bu dirçəldilmə prosesi şaxəlidir. Ən önəmli proseslərdən biri də təbii ki, burada ilk növbədə yaradıcılıq ənənələrinin aşılanmasıdır. Bugünkü tədbir də məhz buna həsr olunub. Çox şadıq ki, prosesi bu tədbirlə başladırıq”. 

Nazir qeyd edib ki, tədbirdə bir çox dövlət qurumları iştirak edir:

“Mədəniyyət Nazirliyinin dəstəyilə Yaradıcı Sənaye Federasiyası yaradılıb. Bu federasiya özəl sektorla dövlət arasında körpü rolu oynayır”.

“Photostock.az” konfransdan görüntülər lentə alıb:

 



Daha çox şəkil burada: Photostock.az

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top