Yaponiyada güclü qasırğada onlarla insan xəsarət alıb - FOTO/VİDEO

DÜNYA 20.09.2022 1461

Yaponiyanın cənubunda və cənub-qərbində tüğyan edən “Nanmadol” qasırğası nəticəsində 69 nəfər xəsarət alıb, bir yerli sakin ölüb.

Bu barədə yerli NHK telekanalı xəbər yayıb. 

Həmçinin Miyadzaki prefekturasında sürüşmə nəticəsində onlarla insanın itkin düşdüyü bildirilir.

Meteoroloqlar əlverişsiz hava şəraitinin davam edəcəyi, o cümlədən saniyədə 30 metrə çatan güclü külək və tayfun barədə xəbərdarlıq edirlər.

“Nanmadol”un tüğyan etdiyi ərazilərdə uçuşlar və dəmiryolu əlaqələri ləğv edilib, qonşu prefekturalarda ictimai nəqliyyat məhdudlaşdırılıb.

Bundan əlavə, regionda təbii fəlakətlərə görə 9,5 milyon sakinin təxliyəsi gözlənilir.

 

Mənbə: Lenta.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top