İspaniyalı nazir: “Ailələr balıq və ya ət ala bilmirlər”

DÜNYA 18.09.2022 1414

İspaniyada inflyasiyanın ciddi şəkildə artması səbəbindən bütün ailələr balıq və ya ət ala bilmir.

Bu barədə ölkənin əmək naziri Yolanda Diaz “Financial Times” qəzetinə müsahibəsində bildirib.

“Ailələr mənə deyirlər ki, uşaqlara ancaq makaron və düyü verirlər. Onlar balıq və ya ət ala bilmirlər. Meyvələr çox bahadır. İki-üç uşağı olan ailə üçün bu, çox çətindir. Bu, bu ölkənin üzləşdiyi aktual problemdir”, - deyə nazir bildirib.

Avqustda İspaniyada istehlak qiymətlərinin inflyasiyası 10,5% təşkil edib, lakin ərzaq və içkilərin qiymətləri orta hesabla 13,8% artıb ki, bu da 1994-cü ildən rekord göstəricidir. Südün qiymətində inflyasiya 26% təşkil edib, elektrik enerjisi son 12 ayda 49,4% bahalaşıb.

İspaniya da digər Avropa ölkələri kimi kəskin qiymət artımı problemi ilə üzləşib.  

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top