Zərdab rayonunda Sinif yoldaşları 44 il sonra bir araya gəldilər-Foto/Video

CƏMİYYƏT 17.09.2022 3878

44 ildən çox zaman ayırırdı bu insanları. Bu həsrətə son qoymaq isə sentyabrın 17-nə təsadüf etdi.

44 il əvvəl valideynin əlindən tutub sinif otağına gəldilər. Tanımadıqları uşaqlarla  bir parta arxasında oturdular.  Yazdılar, oxudular, öyrəndilər və beləcə  bir-birinə öyrəşdilər. Yaxşı oxuyanı da oldu, zəifi də. Dəcəli də, sakiti də.

Bir də baxdılar ki, illəri yola veriblər: saçları ağarıb, üzlərində qırışlar əmələ gəlib, hətta nənə-baba olublar… Bugünsə  gözlərindəki eynəkdən boylanaraq,  yaddaşlarındakı çağları aradılar.

Çöhrələrində hədsiz sevinc vardı. Əzizını tapmış adam kimi əl qaldırıb rəqs etmək, içindəki sevincin səsini hamıya eşitdirmək istəyirdilər. Uzun illər öncə bir sinifdə doğmalaşan və 40-45 ildən sonra görüşmək fürsəti qazanan bu insanları kənardan izləmək ayrı bir zövq verirdi:

P.S.  Xatirələrin də şirini, acısı olur. Elə xatirə var ki, onu yada salmaqdan qorxursan. Bilirsən ki, onu xatırlamaqla gün ərzində əhvalın pozulacaq. Eləsi də var ki, onunla yaşayırsan, onun yaddaşından getməsinə izn vermirsən. Bax, bu şirin xatirədir. O illər ötüb-keçsə də sənə təsəlli olur. İnsanın yaddaşı onun həyat albomudur.

Sentyabrın günlərindən biri 1978-ci ilin bir qrup məzununun yaddaşına həkk oldu. Kim bilir, onları yenə bir araya yığmaq olacaqmı? Ya qismət, sağlıq olsun…

 

























XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top