Yeniyetmələrin qəfil ölümünün gözlənilməz səbəbi tapılıb - FOTO

GÜNDƏM 16.09.2022 1316

Tədqiqatçılar müəyyən ediblər ki, havadakı kiçik hissəciklər sağlam yeniyetmələrdə anormal ürək ritmlərinə, hətta qəfil ölümünə səbəb ola bilər.

Bununla bağlı tədqiqatlar “Journal of the American Heart Association” jurnalında dərc olunub.

Tədqiqatçılar ABŞ-da yaşayan 322 yeniyetmənin sağlamlıq məlumatlarını təhlil ediblər. İştirakçılarda ciddi ürək-damar xəstəlikləri olmayıb, bundan başqa onlarda nizamsız ürək ritmi riski az olub.

Təcrübəyə görə, yeniyetmələr nefelometrdən istifadə edərək 2,5 mikrondan az hissəciklər olan havanı udublar. Bundan sonra elm adamları “Holter monitoru” adlanan daşınabilən cihazdan istifadə edərək hər bir yeniyetmənin 24 saat ərzində ürək döyüntüsünü izləyiblər. İştirakçıların 79%-də ritm pozğunluğu müəyyən olunub.

Qeyd edilir ki, aritmiya adətən heç bir şəkildə özünü büruzə vermir və pasiyentlərin əksəriyyətinə tibbi yardım tələb olunmur. Bununla belə nadir hallarda olsa belə qeyri-müntəzəm ürək ritmi, hətta gənc və sağlam insanlarda da qəfil ürək tutmasına, ölümə səbəb ola bilər.

O da vurğulanır ki, 2,5 mikrondan kiçik hissəciklər asanlıqla tənəffüs edilir və ağciyərlər vasitəsilə qan dövranına daxil olur. Bu hissəciklər adətən yanacağın yanması zamanı və ya meşə yanğınları nəticəsində atmosferə buraxılırlar.

Alimlərin istifadə etdiyi hissəciklərin konsentrasiyası ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) müəyyən etdiyi standartlardan iki dəfə aşağı olub. Bu səbəbdən tədqiqatlar maksimum icazə verilən konsentrasiyaların yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top