Nur-Sultan şəhərinin sakinləri qərarlarını verdilər

DÜNYA 15.09.2022 1236

Qazaxıstan paytaxtının sakinləri şəhərin adının yenidən Astana olmasını dəstəkləyiblər.

Sentyabrın 13-də şəhər məclisi (yerli nümayəndəlik orqanı) paytaxtın adının dəyişdirilməsinə münasibət bildirmək təklifi ilə vətəndaşlara müraciət edib. Bu mövzuda onlayn rejimdə ictimai dinləmələr keçirilib.

Dövlət Tarixi İnstitutunun direktor müavini Burkitbay Ayaqan Nur-Sultan adının, bəlkə də, tələsik qoyulduğunu deyib.

“Onimastika Komissiyası şəhərə Astananın adının qaytarılması ilə bağlı təklifimizi ətraflı nəzərdən keçirib və bunun daha məqsədəuyğun olduğunu, ən əsası isə cəmiyyəti birləşdirməyə imkan verdiyini düşünür”, - deyə o bildirib.

O, həmçinin qeyd edib ki, birinci prezident, yəqin ki, bunu anlayışla qarşılayacaq və inciməyəcək.

Nur-Sultan Məsləhət Şurasının katibi Yerlan Kanalimov öz növbəsində əlavə edib ki, bu proses üç il əvvəlkindən daha ucuz başa gələcək.

Xatırladaq ki, sentyabrın əvvəlində “Jana Qazaxstan” (“Yeni Qazaxıstan”) parlamentinin bir qrup deputatı Nur-Sultan şəhərinin adının dəyişdirilməsi təklifi ilə çıxış etmişdi. Bildirilmişdi ki, bir adamın adının sağlığında şəhərə verilməsi düzgün deyil.

Mənbə: Gazeta.ru

Mövzu ilə əlaqədar

Nur-Sultan yenidən Astana olur: Nazarbayev kultunun ləğvi prosesi başlayır? - TƏHLİLNur-Sultan yenidən Astana olur: Nazarbayev kultunun ləğvi prosesi başlayır? - TƏHLİLQazaxıstan paytaxtının adı yenidən dəyişdirilə bilər
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top