Şəhid olanlar arasında Azərbaycan boksçusu da var - FOTO

GÜNDƏM 14.09.2022 1364

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribat nəticəsində şəhidlik zirvəsinə yüksələn Xəyal Əlövsət oğlu Əhədzadə Azərbaycan boksçusudur.

Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, o, Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi olub. Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi çalışıb.

Məktəblilər arasında 40 kq çəki dərəcəsində Azərbaycan birinciliyinin qalibi və yeniyetmələr arasında ölkə çempionatının iştirakçısı olan şəhid boksçu 1998-ci ildə Lənkəran rayonu Nərimanabad qəsəbəsində anadan olub.

O, “Azərbaycan Bayrağı” ordeni, “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Azərbaycan Boks Federasiyasının kollektivi şəhid boksçumuzun timsalında bütün şəhidlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyir.

Allah rəhmət eləsin!

 


XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top