ATƏT-in sədri və Baş katibi sərhəddəki vəziyyətlə bağlı birgə bəyanat yayıblar

SİYASƏT 14.09.2022 1475

ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau və təşkilatın Baş katibi Mariya Helqa Şmid Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı birgə bəyanat yayıblar.

Bəyanatda onlar tərəfləri təcili atəşkəsə çağırıblar.

Sənəd təşkilatın rəsmi saytında dərc olunub.

Bildirlib ki, Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatlar dərhal dayandırılmalı, indiyədək diplomatik yolla əldə edilmiş uğurlar hədər getməməlidir.

Vurğulanıb ki, son 18 ay ərzində Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi istiqamətində müxtəlif irəliləyişlər əldə olunub. Lakin, son toqquşmalar bu nailiyyətlərə təhlükə yaradır və çox sayda insanların həyatını təhlükəyə atır.

Sənəddə qeyd olunub ki, ATƏT öz təcrübəsinə əsaslanaraq tərəflərə sülhün bərqərar olunması istiqamətində kömək etməyə hazırdır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top