Oğuzda avtomobillə vurulan gənc Bakıya gətirilib

HADİSƏ 13.09.2022 1199

Oğuzda 17 yaşlı oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb.

Saat24.Az-ın məlumatına görə, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb.

2005-ci il təvəllüdlü Tağızadə Rövşən Rəşad oğlu velosipedlə hərəkətdə olarkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib və reanimasiya şöbəsinə yerləşdirilib.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. 

XƏBƏR LENTİ
17.04.2024 3197

DİGƏR XƏBƏRLƏR

Loading
Top