Qazaxda gənc qadını elektrik cərəyanı vurdu, vəziyyəti ağırdır

HADİSƏ 13.09.2022 1229

Qazax rayonunda gənc qadını ehtiyatsızlıqdan elektrik cərəyanı vurub.

“Report”un məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

Kənd sakini, 1995-ci il təvəllüdlü G.Salayeva yaşadığı evdə ehtiyatsızlıqdan elektrik xəttinə toxunduğu üçün onu cərəyan vurub.

O, ağır halda xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top