Yunanıstan azərbaycanlıların olduğu gəmiyə atəş açıb - VİDEO

GÜNDƏM 11.09.2022 1408

Yunanıstan Sahil Mühafizəsi Bozcaadada göyərtəsində azərbaycanlıların olduğu gəmiyə atəş açıb.

Komor adaları bayrağı altında Çanaqqala sahillərində beynəlxalq sularda üzən “Anatolian” adlı gəmiyə atəş açan Yunanıstan qüvvələri Türkiyə Sahil Mühafizəsinin gəldiyi zaman ərazini tərk edib.

Beynəlxalq hüquq normalarına məhəl qoyulmadan açılan təqib atəşindən sonra gəmidə olan 18 nəfər arasında hər hansı itki və yaralananın olmadığı müəyyən edilib.

Gəminin heyətində 6 Misir, 4 Somali, 5 Azərbaycan və 3 Türkiyə vətəndaşı olub.

Hazırda gəmi Türkiyənin iki Sahil Mühafizə gəmisi tərəfindən müşayiət olunur.

Mənbə: Haber Global

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top