Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın olub - YENİLƏNİB

HADİSƏ 10.09.2022 1297

Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb. 

Saat24.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

10:08

Xırdalan şəhərində başlayan yanğınla bağlı bəzi məqamlar bəlli olub.

Oxu.Az xəbər verir ki, FHN-in mətbuat xidmətinin ilkin məlumatına görə, mənzillərin birində baş verən yanğın geniş əraziyə yayılmayıb. 

09:21

Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb. 

Saat24.Az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Qurumun “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top